15 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilmə tarixi məlum olub

Screen Shot 2021 09 02 at 14.34.20

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin il yarım ərzində tam istismara verilməsi gözlənilir.

Bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natia Turnava məlumat verib.

“Hazırda dəmir yolu xətti ilə yük daşımaları sınaq mərhələsində – test rejimində həyata keçirilir və bu, çox vacibdir. BTQ-nin il yarım ərzində tam istismara veriləcəyini gözləyirik”, – deyə o, qeyd edib.

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

©Report

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər