16 C
Baku
Wednesday, May 1, 2024

Bakı-Tbilisi reysini yerinə yetirən təyyarə təcili eniş edib

AZAL QSC-nin tərkibinə daxil olan “Buta Airways” aviaşirkətinin J2-9223 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi hava limanı ətrafındakı tufanla əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Təyyarə yerli vaxtıla saat 10:56-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər