6 C
Baku
Sunday, December 15, 2024

“Bakı Telefon Rabitəsi” “Simsiz rabitə” şəbəkəsinin tutumunu artırır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) yay mövsümü ilə əlaqədar “Simsiz rabitə” şəbəkəsinin tutumunu artırır.

Bu barədə  nazirlikdən bildirilib.

Məlumata görə, bu addım Bakı ətrafı ərazilərə əhali axını nəzərə alınaraq atılır. Daha çox sakinə xidmət göstərmək məqsədi ilə mövcud 140 baza stansiyasının tutumu artırılaraq şəbəkə gücləndirilir. Həyata keçirilən tədbirlər əhalinin sıx məskunlaşdığı ərazilərdə fasiləsiz və keyfiyyətli telekommunikasiya xidmətlərinin verilməsini təmin edəcək.

Hazırda Abşeron yarımadasının bütün kəndlərində, eləcə də paytaxtın bəzi məhdud infrastrukturlu ərazilərində əhaliyə “Simsiz rabitə” xidməti göstərilir. Yaxın zamanda Bakının Müşfiq, Lökbatan, 20-ci sahə, 8-ci Kilometr əraziləri, həmçinin Ukrayna dairəsi ətrafındakı ərazilər “Simsiz rabitə” xidmətinin əhatə dairəsinə daxil ediləcək. Layihə çərçivəsində baza stansiyalarının sayı artırılaraq ilin sonunadək 30 minlik infrastruktur abunəçilərin istifadəsinə təqdim olunacaq.

“Simsiz rabitə” xidməti LTE (LTE – Long Term Evolution) texnologiyası əsasında təmin olunur. Texnologiya məhdud infrastrukturlu ərazilərdə telefon çəkilişi və digər telekommunikasiya xidmətləri ilə təchizat problemini aradan qaldırmağa imkan yaradır. 

Son xəbərlər
Digər xəbərlər