6 C
Baku
Sunday, December 15, 2024

Bu müəssisələr cərimələndi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2022-ci il yanvarın 12-də ölkə üzrə 432 ictimai iaşə obyektində 774 monitorinq keçirib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 3 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail‎ ‎rayonu, R. Rza küçəsi 19 ünvanında yerləşən, fiziki şəxs Necat Ata Özcana məxsus “Atabey Çiğ Köfte” restoranı;

2. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç., ev 148D ünvanında yerləşən, fiziki şəxs Əkbərov Azər İdris oğluna məxsus dönər evi;

3. Gəncə şəhəri, Adil İsgəndərov küç., ev 95A ünvanında yerləşən, fiziki şəxs Rüstəmov Vaqif Fərrux oğluna məxsus “Cafe de Paris” kafesi.

Son xəbərlər
Digər xəbərlər