21 C
Baku
Monday, April 29, 2024

Bakıda əhali ərzaq, içki və tütün məhsullarına 15 milyard manat pul xərcləyib

2023-cü ilin yanvar-iyun aylarında ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 4 faiz artaraq 15 milyard 080.3 milyon manat olub.

Banker.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2.7 faiz artaraq 9 milyard 079,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,6 faiz artaraq 6 milyard 000,6 milyon manata bərabər olmuşdur.

İstehlak məhsullarının 35,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,2 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər