6 C
Baku
Sunday, December 15, 2024

Bakıda əməkhaqqı 1071 manata qalxdı

Bu ilin yanvar-iyul aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1071 manat təşkil edib.

Banker.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, bu göstərici 2021-ci ilin müvafiq dövrünə nisbətən 13.1 % çoxdur.

Qeyd edək ki, bu ilin ilk 6 ayında  Bakıda orta aylıq nominal əməkhaqqı 1 065 manat təşkil edirdi.

 

 

 

2022-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,1 % artaraq 831,3 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

 

 

Son xəbərlər
Digər xəbərlər