10 C
Baku
Thursday, November 14, 2024

Bakıda əsas təşkilatçısı “Easymark” şirkəti olan “Marketingguide Azerbaijan” adlı tədbir keçirilib

21 dekabr 2019-cu ildə Bakıda “Marketingguide Azerbaijan” tədbiri uğurla keçirildi. Əsas təşkilatçısı və müəllifi “Easymark” şirkəti olduğu tədbirdə 400-ə yaxın qonaq iştirak edib.

Eyni zamanda xaricdən,Gürcüstan,Polşa,Türkiyədən qonaqlar tədbirdə yer almışdır.Tədbirin əsas mövzuları ,kino-media,idman,səhiyyə, istehsal,iaşə turizm sahəsində marketinqin inkişafı ilə bağlı olmuşdur və adları çəkilən sahələrdə spikerlər öz təcrübələrini bölüşüblər.

Belə ki,Türkiyənin çox məşhur “Ay Yapım və Medd Yapım” şirkətlər qrupunun satış direktoru Deniz Cantutan, “Galatasaray” futbol klubunun Marketinq üzrə direktoru Doruk Tufekçi, İstanbulda yerləşən “Johns Hopkins adına Anadolu” Xəstaxanalar şəbəkəsinin marketinq kordinatoru Günay Fərzəliyeva, “ABAD Publik Hüquqi Şəxsi” Layihələrin İdarəedilməsi Departamentində Direktor Müavini Camid Mövsumov və “Dreamland Baku”nun Marketinq və Satış üzrə meneceri Sedef Kaynarkan öz çıxışları ilə tədbirə rəng qatıb,təcrübələrini bölüşüblər.

Tədbirin əsas məqsədi,qeyri neft sektorunun inkişafında ölkədə aparılan strateji xəttə dəstək olmaq, müasir korporativ idarəetmə mexanizmlərinin şirkətlərdə tətbiqi,marketinqin son trendlərinin müzakirəsi,beynəlxalq təcrübənin,strateji həmlələrin tətbiqi,markalaşmada və xarici bazarlara addımlarda əsas məqamları vurğulamaq olmuşdur.

“Boulevard Hotel”də keçirələn tədbirə əsas dəstəyi, “Azersun”, “Vip Aviasiya xidmətləri” şirkəti, “MediaCity”, “AzNur”, “AS İnsaat-N”, “ExoMedia”, “Asan Radio”, “Beluga”, “ABC” consulting, “Alines travel” şirkətləri vermişdir.

Qeyd etmək istərdik ki,tədbirdə bir sıra dövlət nümayəndələri,iş adamları,şirkətlərin biznes inkişaf menecerləri iştirak etmişdir.

Tədbir haqqında məlumatlar  (marketingguide.az)  saytında və sosial şəbəkələrdə öz əksini tapır.

Tədbirlə bağlı əlavə məlumat və ya “Easymark” şirkəti ilə əməkdaşlıq etmək istəyənlər aşağıdakı nömrələrə müraciət edə bilərlər.

Əlaqə üçün :  +99 470 544 56 55

+99 455 999 51 49

+99 450 226 00 72

Email : [email protected]

ƏYYUB QARABAĞLI

“Marketingguide 2019 “ Təşkilat Komitəsinin Sədri

www.easymark.az                                 (+99455) 999 51 49                      [email protected]

Son xəbərlər
Digər xəbərlər