5 C
Baku
Friday, March 29, 2024

Camid Mövsümov

Qisa informasiya

Camid Cabbar oğlu Mövsümov (d. 25 iyul 1986. Bakı, Azərbaycan SSR, SSRİ) — “ABAD” publik hüquqi şəxsinin “Xidmət Sahələri və Satışın Təşkili” departamentinin direktorudur.

2004-cü ildə özəl reklam şirkətində kiçik reklam işçisi olaraq başlayıb və kiçik biznes işləri ilə məşğul olub, həm də təhsilini davam etdirib. 2008-ci ildə əmək fəaliyyətini maliyyə sektorunda davam etdirib.

2011-2013-cü illərdə çalışdığı “Qafqaz Lizinq” ASC təşkilatının “Avropa Lizinq Birliyi”-ə daxil olmasına nail olub, təşkilat bu quruma üzv olan yeganə Azərbaycan şirkəti olub. Həmin ildə təşkilatın 6 beynəlxalq mükafat qazanmasına nail olub və fəaliyyətinin nəticəsi olaraq 2013-cü ildə Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkilatçısı olduğu Dünya bankı, Asiya İnkişaf Bankı və Avropa Yenidən Qurma və İnkişaf bankının nümayəndələrinin münsiflər heyətini təşkil etdiyi tədbirdə Azərbaycan Mikromaliyyə sektorunda “İlin Peşəkarı – 2013” mükafatına layiq görülüb. [1]

2011-ci ildə “İqtisadi Lüğət” adlı kitabı nəşr olunub və kitab xüsusi şəhadətnamə ilə mükafatlandırılıb. 2012-ci ildə isə “Kredit” adlı kitabı nəşr olunmuşdur. Hər iki kitab ölkə başçısının şəxsi kitabxanasına və Milli Elmlər Akademiyasının kitabxanasına əlavə olunub. [2] [3]

2015-ci ildə maliyyə sektorunda olan fəaliyyətinə iki il müddətinə fasilə verib. 2 yeni Startup layihəsi qurub. Həmtəsisçisi olduğu “Digital Room” adlı layihə ilə ölkənin reklam və marketinq bazarına yeni nəfəs gətirib. Layihə ölkədə fəaliyyət göstərən təşkilatların marketinq siyasətlərində rəqəmsallaşmanın önəmini bazara təbliğ edib. 

2017-ci ildə maliyyə sektoruna keçid edərək, Biznesin inkişafı və satış sahələrində rəhbər olaraq fəaliyyətinə davam edib. 2018-ci ildən Vətəndaşlarla Xidmət və Sosial İnnovasiyalar Agentliyinin tərkibində fəaliyyət göstərən ABAD Publik Hüquqi şəxsində əmək fəaliyyətinə “Layihələrin İdarəedilməsi” departamentinin direktor müavini olaraq başlayıb. Həmin ildən isə “Xidmət Sahələri və Satışın Təşkili” departamentinin direktoru olaraq davam etdirir.

2021-ci ildən Azərbaycan Sahibkarlar Milli Konfederasiyası nəznində fəaliyyət göstərən “Menecment Komissiyası”-na rəhbərlik edir. İnsan Kapitalı Rəqəmsal Dünyada və Biznes Transformasiya Komitələri ölkə iqtisadiyyatının rəqəmsallaşması prosesinin birbaşa iştirakçılarıdır. 

2021-ci ilin sentyabr ayından Gəncə İş Adamları Birliyinin İdarə Heyətinə üzv qəbul olunmuşdur. 

2021-ci ildə Azərbaycanın 100 illik tarixini əhatə edən “44” adlı kitabı nəşr olunub.

Aid xəbərlər və məqalələr

Əsas xəbərlər