Bakıda 161 və 191 nömrəli marşrutların hərəkət sxemləri dəyişdirilib

Bakıda 161 və 191 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti olaraq alternativ yolla təşkil edilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verilir.

Məlumata görə, buna səbəb Zığ-Hava Limanı avtomobil yolundan Dədə Qorqud yaşayış massivinə doğru gedən yolda aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edilməsidir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.