Bakı Şəhər Əsaslı Tikinti və Təmir Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) paytaxtın Ceyhun Hacıbəyli küçəsində yerləşən yeni park ərazisində Təbiət Tarixi Muzeyinin yaradılması ilə bağlı tenderə yekun vurub.
Banker.az xəbər verir ki, satınalma müsabiqəsinin nəticələrinə əsasən, muzeyin tikintisi, interyer işlərinin görülməsi və eksponatlarla təchiz edilməsi işlərinin icrası “Fortis Construction” MMC-yə həvalə olunub.
Yekun müqavilənin dəyəri 22 505 248 manat təşkil edir.
Layihə çərçivəsində sözügedən ərazidə müasir standartlara cavab verən muzey kompleksinin qurulması və lazımi eksponat bazası ilə təmin olunması nəzərdə tutulur.






