15 C
Baku
Sunday, May 5, 2024

Bakıda 3 məktəb direktoru barəsində intizam tənbeh tədbiri görülüb

Bakının 3 məktəbində nöqsanlar aşkar olunub.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin paytaxtdakı ümumi təhsil müəssisələrində apardığı monitorinqlər nəticəsində məktəb idarəetməsi, təlim-tərbiyə işinin təşkili, tədris-pedaqoji və təsərrüfat fəaliyyəti istiqamətində nöqsanlar aşkar olunub, MÜTDA-nın əmri ilə Bakı şəhəri 39, 153 və 182 nömrəli tam orta məktəblərin direktorları barəsində intizam tənbeh tədbiri görülüb.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər