Azərbaycan Respublikası Baş Prokurorluğu “Azəraqrartikinti” ASC ilə 10 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Bakı şəhəri Nəsimi, Nərimanov, Binəqədi rayon prokurorluqlarının yeni inzibati binalarının, Bakı şəhər prokurorluğunun istismarı üçün yeməkxana, inzibati otaqlar və 141 nəfərlik iclas zalının tikinti işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 10.222.300 manatdır.
Qeyd edək ki, “Azəraqrartikinti” ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 11 229 400 manatdır və qanuni təmsilçisi isə Ramin Məmmədovdur.