9 C
Baku
Thursday, December 12, 2024

Bakıda 40 min dollarlıq brilyant oğurlandı

Bakı sakini zərgəri ona məxsus üzüyün brilyant qaşını dəyişdirməkdə günahlandırıb.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Bildirilib ki, 48 yaşlı Zəminə Məhərrəmova bu barədə Sabunçu rayonu 14-cü Polis Bölməsinə müraciət edib.

Qadın noyabrın 6-da V.Vəliyev adlı zərgərin onun üzüyünün 40 min dollar dəyərində brilyant qaşını sirkon qaşla dəyişdiyini deyib.

Faktla bağlı araşdırma aparılır.

Mənbəoxu.az
Son xəbərlər
Digər xəbərlər