Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 4 şirkətlə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, bu şirkətlər “Tunel-Metro İnşaat” MMC, “Yarat Qrup” MMC, “Azərelektik Tikinti” MMC və “Kür Araz Şirkəti” MMC-dir.
Müqavilələrdə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində 810məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində qaz təchizatı, abadlıq işləri və yol-küçə şəbəkəsinin tikintisi, xarici və sahədaxili elektrik təchizatı şəbəkəsinin tikintisi, su təchizatı, kanalizasiya və suvarma sisteminin tikintisi nəzərdə tutulub.
4 müqavilənin cəmi dəyəri isə 13 448 621 manatdır.







