Bu gün Bakıda Azərbaycan Mikromaliyyə Assosasiyasının (AMFA) təşkilatçlığı ilə “Dayanıqlı İnkişaf üçün Potensialları Reallaşdıraq” mövzusunda 2 günlük 9-cu Azərbaycan Mikromaliyyə Konfransı işə başlayıb.
Banker.az bildirir ki, tədbir çərçivəsində Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan regionlarında dayanıqlıqlı mikro-sahibkarlığın inkişafının sürətləndirilməsi layihəsi”nin rəsmi təqdimatı nəzərdə tutulub.
Konfransda çıxış edən AMFA-nın İdarə Heyətinin sədri Süleyman Kələşov bildirib ki, bu il oktyabrın 1-nə qədər Azərbaycandakı mikromaliyyə təşkilatları (bank olmayan kredit təşkilatları və kredit ittifaqları) 178 928-dən çox müştəriyə kredit verib. Hazırda onların kredit portfelu 273 mln. ABŞ dolları məbləğindədir.
“Mikromaliyyə təşkilatları ölkə iqtisadiyyatının inkişafında, yoxsulluğun azalmasında xüsusi rol oynayıb, sahibkarların ehtiyacın uyğun kredit məhsulları təklif edərək onlara dəstək olublar. Mikromaliyyə sektorunun dəstəklənməsində qeyri-neft sektorunun inkişafının da rolu böyükdür. Mikromaliyyə kiçik və orta sahibkarlıq üçün kapital mənbəyidir”, – deyə o, qeyd edib.
Report