6 C
Baku
Sunday, December 15, 2024

Bakıda aparatlarla “pul paylayan” AzPul-un zərəri artmaqdadır

Bakıda bir neçə nöqtdə “AzPulMat” adlı aparatlar yerləşdirən BOKT “Azpul” MMC 2021-ci il üzrə 74.37 min manat zərər ilə başa vurub.

Bu barədə Banker.az BOKT-un illik audit hesabatına istinadən xəbər verir.

Hesabatda qeyd edilir ki, bank olmayan kredit təşkilatı ötən il 484 min manat faiz gəliri əldə edib.

Beləliklə, BOKT-un illərin yığılmış zərəri  229 min manata çatıb. Səhmdarlar artıq nizamnamə kapitalına artım etmək məcburiyyətində qalacaq. Çünki cəmi kapitalı 71 min manatdır hazırda.

1 yanvar 2022-ci il tarixində “Azpul” 1 milyon 591 min manat cəmi aktivlərə, bunun da 770 min manat kredit portfelidir. Öhdəliklərinin həcmi isə 1 mln. 530 min manatı isə öhdəliklər olub.

Azpul tərəfindən Bakıda bir neçə nöqtdə “AzPulMat” adlı aparatlar quraşdırılmışdı. Bu aparatlardan şəxsiyyət vəsiqəsi ilə cəmi 30 saniyə ərzində borc almaq mümkün idi. BOKT 2020-ci ilinsentyabrında Azərbaycan Mərkəzi Bankından lisenziya əldə edib.

1653657606 6ea7e74b 952a 43e8 ae77 a9fdbb4898ad 1653657670 0b9aad54 c21e 4548 8e5e 4521971a8b95

Son xəbərlər
Digər xəbərlər