Nizami rayonunda gülüş doğuran bir hadisə baş vermişdir. Oğru apteki qarət etmək niyyətilə bura daxil olur, lakin onun tapdığı cəmi 1 manat olur.
Nizami rayonunun polis idarəsindən verilən məlumata görə, 15 apreldə gecə oğru A. Manafov küçəsində yerləşən aptekə oğurluq məqsədi ilə daxil olmuşdur.
Aptek sahibinin verdiyi məlumata görə, aptekdən başqa heç nə itməmişdir. Bu fakt 25-ci polis bölməsinin əməliyyatçılarının təbəssümünə səbəb olsa da, onlar araşdırmanı davam etdirirlər.