2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan 80.6 milyon ABŞ dolları dəyərində çiyələk ixrac edib.
Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın avqust sayında bildirilir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42.8 milyon ABŞ dolları və yaxud 2 dəfə çoxdur.
2025-ci ilin müvafiq ayında ölkədən 37.8 milyon dollar dəyərində çiyələk ixrac edilmişdi.
Cari ilin iyul ayında isə Azərbaycan 13.5 milyon dollar dəyərində çiyələk ixrac etmişdir.






