Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani fevralın 18-də Azərbaycana səfər edəcək.
O, Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının üçtərəfli formatda doqquzuncu görüşündə iştirak edəcək.
D.Zalkaliani səfər çərçivəsində azərbaycanlı və türk həmkarı – Ceyhun Bayramov və Mövlud Çavuşoğlu ilə təkbətək görüşlər də keçirəcək.
Qeyd edək ki, bu formatda xarici işlər nazirlərinin son görüşü 2019-cu ilin dekabrında Tbilisidə keçirilib. XİN başçıları növbəti görüşün Bakıda keçirilməsinə dair razılıq əldə ediblər.