23 C
Baku
Friday, April 26, 2024

“Bakıda bəzi taksi xidmətləri göstərən şirkətlər təhlükəsizliyə önəm vermir”, ekspert deyir

Hər bir xidmətin özünə görə, müştərisi var. Söz açacağım xidmət isə taksi xidmətidir, daha dəqiq ucuz taksi xidməti. Bakıda ucuz taksi xidməti göstərən şirkətlərin xidmətlərindən istifadə edən bir çox insanlar var. Bunların biri də Şamil Heydərovdur. 

Şamil Heydərov qeyd edir ki, son zamanlar vəziyyət çox acınacaqlıdı. Əvvəllər sifariş verəndə sovet maşınlarından köhnə VAZ 2107-di sifarişə gəlirdi, sonra köhnə OKA, indi isə SABİ gəlir. Özüdə çox pis vəziyyətdə. Hətta oturacaqlar o gündə olur ki, özünlə gərək döşəkcə götürəsən ki, oturanda dəliyə düşməyəsən.

Belə taksilərin olmaması daha yaxşıdır. Çünki burada təhlükəsizliķ qorunmur. Avtomobilin qapısını əlinlə tutub mənzil başına gedirsən. Təsəvvür edin əyləc basılsa və ya manevr edilsə, maşından çölə çıxma ehtimalı 90 faiz olacaq. Belə maşınlar ,ümumiyyətlə, Bakı şəhərinə buraxılamamalıdır.

Çünki bunlar şəhərin mənzərəsini pozurlar, ekoloji və texniki baxımdan da nasazdılar. Bu formada maşınlar, maşın qəbirstanlığında olmalıdı. Ümumiyyətlə ,özünə hörmət edən sürücülər belə avtomobilləri idarə etməməlidirlər.


Xidmətin keyfiyyəti həm də, vəsaitə bağlıdır. Yəni təhlükəsiz, daha rahat mənzil başına çatmaq üçün, şəhərdə yüksək xidmət göstərən taksi şirkətləri də var.

Məsələnin əsas mahiyyəti budur ki, taksi şirkətləri vergi ödəyirlərmi? Bu gün bu taksi sürücüləri ilə hansı formada müqavilə bağlanır? Niyə müştəri tərəfindən verilən vəsaitə görə qəbz verilmir? Bəlkədə nadir hallarda taksi şirkətləri olar ki, onlar qanunun tələblərinə riayət edirlər.

Digər səbəb isə nəzarət mexanizmidir. Şirkətlərin texniki göstəricilərinə hansı formada nəzarət var? Müştəri aparılan zaman, onun xəsarətsiz mənzil başına çatması ilə bağlı məsuliyyət daşıyırlarmı? Burada çox suallar vermək olar. Amma cavabı çox vaxt belə olur. Xoşun gəlmir yaxşı keyfiyyətli, qeyd olunan standartlara cavab verən xidmətdən istifadə et.

Qanunvericilik baxımdan isə yuxarıda sadalanan suallara cavab verilməsi məsələsi, aidiyyatı qurumların üzərinə düşür.

İqtisadçı-ekspert Rauf Qarayev

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər