22 C
Baku
Thursday, April 25, 2024

Bakıda bank hesabından oğurluq edən qadın saxlanılıb

Fevralın 24-də Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini G. Əliyeva həmin gün sərnişini olduğu xətt avtobuslarının birində içərisində 120 manat, evinin açarları və sənədləri olan çantasını unutduğunu, az sonra mobil telefonuna bank hesabından 229 manatının çıxarılması barədə mesaj gəldiyini bildirib.

DİN-dən APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. G. Əliyevanın hesabından pulu çıxararaq oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R. Nəbiyeva müəyyən edilərək Səbail RPİ 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Müəyyən edilib ki, o, avtobusda tapdığı çantadakı bankomat kartının üzərində qeyd olunmuş kod vasitəsilə G. Əliyevanın hesabından göstərilən məbləğdə vəsaiti çıxararaq oğurlayıb.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər