24 C
Baku
Wednesday, October 9, 2024

Bakıda bank yanır

Bu gün səhər saatlarında “Yapı Kredi Bank Azərbaycan” QSC-nin Ziya Bünyadov Prospektində yerləşən “Dərnəgül” filialında yanğın baş vermişdir. Bu barədə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verilmiş və qısa zamanda Mühafizə xidmətinin əməkdaşları tərəfindən yanğın söndürülmüşdür.

Qeyd edək ki, yanğın kombi istilik sistemində tüstülənmə səbəbindən baş vermişdir. Yanğın nəticəsində filiala ciddi zərər dəyməmiş və xəsarət alan olmamışdır. Filial hal hazırda tam rejimdə fəaliyyətini davam etdirir

Son xəbərlər
Digər xəbərlər