Bakıda bankomat qarət edilib.
Paytaxtın Xətai rayonu, Axundov küçəsində quraşdırılmış bankomat qaynaq aparatı ilə kəsilib, içərisindən 40 min manat oğurlanıb.
Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Orxan Əhmədov tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.