23 C
Baku
Friday, April 19, 2024

Bakıda bir neçə magistral yolda sürət həddi endirilib

Hazırda paytaxtın bəzi ərazilərində dumanlı hava şəraiti müşahidə edilir. Hərəkət təhlükəsizliyi nəzərə alınaraq Zığ dairəsi-Hava limanı və Hava limanı-Bilgəh yollarında zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

“Sürücülərə ehtiyatlı olmalarını, müəyyən olunan sürət həddinə əməl etmələrini tövsiyə edirik. Xüsusi ilə bu cür hava şəraitində ara məsafəsinə fikir verilməlidir. Eyni zamanda, piyadalardan yolun qarşı tərəfinə keçərkən piyada keçidlərindən istifadə etmələrini xahiş edirik”, – məlumatda qeyd olunub.

 

 

Son xəbərlər
Digər xəbərlər