17 C
Baku
Friday, April 19, 2024

Bakıda “Biznes Keyslərin hazırlanması” mövzusunda seminar keçirildi

11 sentyabr 2018-ci il tarixində Azərbaycanda yeni açılmış Şeffild Universitetinin City College Beynəlxalq Fakultəsinin təşəbbüsü ilə Azərbaycanın işgüzar adamları üçün “Biznes Keyslərininin hazırlanması” movzusunda seminar keçirilmişdir.  Seminar Azərbaycanın premium otellərindən birində baş tutmuşdur.

Keçirilən seminar keyfiyyət və məzmun baxımından işgüzar şəxslərin böyük marağına və məmnuniyyətinə səbəb olduğundan bu cür seminarların keçirilməsi ildə bir neçə dəfə planlaşdırılır. Tədbir zamanı Şeffild Universitenin Beynəlxalq Fakultəsinin Baş Muhazirəçisi və Akademik Direktoru Dr. Leslie Szamosi tərəfindən keçirilən seminarla yanaşı, sözü gedən fakultənin ilk dəfə Azərbaycanda açdığı, işgüzar adamlar üçün nəzərdə tutulmuş Executive MBA Programı barədə qısa təqdimat keçirilmişdir.

Executive MBA proqramı özünün peşəkar və şəxsi bacarıqlarını təkmilləşdirmək istəyən müasir menecerlər üçün işlənib hazırlanmış innovativ beynəlxalq proqramdır. İştirakçılar digər ölkələrdən, mədəniyyətlərdən və ixtisas sahələrindən gələn tələbələrlə birlikdə öz təcrübələrini genişləndirmək və bölüşmək imkanı qazanırlar. Hər il, Cənub-Şərqi və Şərqi Avropanın öndə gedən, məşhur şirkətlərinin baş menecerləri proqrama qəbul edilirlər.  Proqramın çatdırılma metodu (həy ayda 1 həftə sonu – 3 gün) idarəçilərə çalışdıqları ölkədən ayrılmadan dərslərdə iştirak etmək imkanı yaradır.

EMBA proqramını müvəffəqiyyətlə bitirən və Şeffild Universitetinin magistratura dərəcəsini əldə edən tələbələr eyni zamanda əlavə kurslarda iştirak etmədən və imtahan vermədən “Chartered Management İnstitute”-nun (CMI) yüksək nüfuza malik Strateji İdarəçilik və Liderlik üzrə Magistr Diplomunu əldə edə bilərlər.

“Chartered Management İnstitute” Böyük Britaniya Krallığında menecment və liderlik üzrə yeganə diplomlu peşəkar institutdur.

Şeffild Universitetinin, City College Beynəlxalq Fakultəsinin Executive MBA proqramı MBA Assosiasiyası (AMBA), AACSB (Bİznes Məktəblərinin Kollegial Təkmilləşdirmə Assosiasiya), və CMI tərəfindən akkreditasiya edilmişdir. Proqram həmçinin, Britaniya Akkreditasiya Şurası (BAC) və Milli Akademic Araşdırma İnformasiya Mərkəzi (UK NARIC) tərəfindən tanınmış və akkreditasiya edilmişdir.

MBA Proqramı həqiqətən də özünəməxsus işgüzar əlaqələrin yaradılması üçün geniş imkan yaradan beynəlxalq proqramdır. 10-dan çox ölkədən və universitetlərdən gələn 50-dən çox mühazirəçilər özlərinin geniş akademik biliklərini, eləcə də, konsultasiya və idarəçilik təcrübələrini 25-dən çox müxtəlif ölkələrdən gələn tələbələrlə bölüşürlər. Bütün bunlar beynəlxalq tədris həftələri, beynəlxalq tələbə qrupları və kurslara bir neçə ölkələrdə qatılmaq imkanının və seçiminin olması ilə həyata keçirilir. Proqram eyni zamanda, Yunanıstanda (Saloniki), Bolqarıstanda (Sofiya), Rumıniyada (Buxarest), Serbiyada (Belqrad), Ukraynada (Kiyev) və Gürcüstanda (Tiflis) keçirilir.

Proqramın müddəti 2 ildir.  Dərslər Bakıda, şəhərin mərkəzində yerləşən məhşur beş ulduzlu oteldə keçiriləcək. Təhsil müddətində tələbələr Yunanıstanın Saloniki şəhərində və İngiltərənin Şeffild şəhərində keçiriləcək iki tədris həftələrində iştirak edəcəklər. Proqrama müraciət edən ərizəçilər bakalavr dərəcəsinə və iş təcrübəsinə malik olmalı, eləcə də, İngilis dilini bilməlidirlər.

Şeffild Universitetinin Executive MBA proqramı üzrə dərslərə 2018-ci il noyabr ayında başlanacaqdır. Qeyd edək ki, təqaüdlü təhsil haqqı üçün sənədlərin ən son qaəbul tarixi 30 sentyabr 2018-ci ildir.

Daha Ətraflı:

Daha ətraflı məlumat üçün Şeffild Universitetinin, City College Beynəlxalq Fakultəsinin Azərbaycanda Ölkə üzrə Meneceri Nigar Haciyeva ilə əlaqə saxlaya bilərsiniz: [email protected]  və ya 050 663 07 70.

SAM 3262SAM 3320SAM 3363SAM 3370SAM 3388SAM 3411SAM 3421SAM 3447SAM 3479SAM 3488

Son xəbərlər
Digər xəbərlər