Bakıda “Bravo”nun daha bir filialı istifadəyə veriləcək

“Bravo” şəbəkəsinin daha bir mağazası açılacaq.

Banker.az xəbər verir ki, növbəti “Bravo” Supermarket və “Bravo” Cafe Həsən Bəy Zərdabi prospekti, 574-cü məhəllə, “Şokolad Tower” yaşayış kompleksində istifadəyə veriləcəkdir.

Onu da qeyd edək ki, bu “Bravo” mağazası 4 iyundan etibarən fəaliyyət göstərəcək.

“Bravo” marketlər şəbəkəsi “Azərbaycan Supermarket” MMC-yə məxsusdur.

Hazırda “Bravo”lar hipermarket, supermarket, ekspress formatlarında fəaliyyət göstərirlər.

Son xəbərlər
Digər xəbərlər