9 C
Baku
Friday, December 13, 2024

Bakıda bu binalar sökülüb pilot layihə ilə əvəz olunacaq – VİDEO

Bakı şəhərinin 2020-2040-cı illəri əhatə edən Baş planına əsasən, paytaxtda 122 minə yaxın yaşayış binası söküləcək.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hazırladığı Baş planda ərazilərin zonalaşdırılması, yeni mühəndis- kommunikasiya sistemləri, nəqliyyat infrastrukturunun yenilənməsi kimi mühüm dəyişikliklər nəzərdə tutulub.

Bəzi ərazilərdə isə bu dəyişikliklərin həyata keçirilməsi üçün bir çox yaşayış binalarının sökülməsi nəzərdə tutulub.

Əmlak məsələləri üzrə mütəxəssis Mülkədar Rüstəmov “Xəzər Xəbər”ə bildirib ki, yeni Baş plana əsasən şəhərə giriş-çıxışın təmin olunması üçün əlavə yollar tikiləcək. Turistlərin rahat koordinasiyalı hərəkəti üçün Ələt qəsəbəsində hava limanının tikintisi də nəzərdə tutulub. Görüləcək işlər Bakının əmlak bazarında qiymətlərə də təsir edəcək. Onun fikrincə, şəhərin bir sıra ərazilərində torpaq sahələri və mənzillərin qiyməti bahalaşacaq.

Qeyd edək ki, Bakı şəhərinin Baş planı 4 prioritet hədəf əsasında hazırlanır. Bunlar şəhərin dayanıqlı inkişafı, şəhər və ətraf mühitin regenerasiyasi, şəhərin memarlıq siması və tarixi irsə qayğı, elcə də yeni məzmunudur. Bu məqsədlərə nail olmaq üçün bir-biri ilə əlaqələndirilmiş planlaşdırma tədbirlərinin həyata keçirilməsi təklif olunur.

MənbəBaku.ws
Son xəbərlər
Digər xəbərlər