2023-cü ilin yanvar-mart aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 23.2 faiz artaraq 290.6 milyon manat olub.
Banker.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 166.7 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 57.4 faizini təşkil etmişdir.