5 C
Baku
Wednesday, February 21, 2024

Bakıda bütün şirkət və idarələr əvvəlki iş saatlarına qayıtdılar – SƏNƏD

Nazirlər Kabinetinin qərarı qüvvədən düşdü.

“Bakı-2015” l Avropa Oyunları ilə əlaqədar iş vaxtı rejiminin dəyişdirilməsi ilə bağlı sərəncamı bu gün qüvvədən düşür.

Oxu.Az-ın məlumatına görə, Nazirlər Kabineti Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamaşaçıların ictimai nəqliyyat sisteminin mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq məqsədilə mayın 1-də qüvvəyə minən sərəncam iyulun 1-nə qədər qüvvədə olub.

Xatırladaq ki, sərəncamda qeyd edilib ki, 2015-ci il mayın 1-dən iyulun 1-dək Bakıda fəaliyyət göstərən dövlət orqanlarında, dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin (növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlər istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejimi pilləli şəkildə müəyyənləşib.

Sərəncama əsasən, işçilərin 25%-i üçün saat 08:00-dan 17:00-dək, 25%-i üçün saat 08:30-dan 17:30-dək, 25%-i üçün 09:00-dan 18:00-dək, 25%-i üçün 09:30-dan 18:30-dək qrafik tətbiq olunurdu.

Özəl şirkətlərdə isə işçilərin 50%-i saat 08:00-dan 17:00-dək, 50%-i 08:30-dan 17:30-dək işləməli idilər.

Son xəbərlər
Digər xəbərlər