Azərbaycanda 2026-cı ilin I rübündə bank sektorunda 21 bankdan* 20-i xalis mənfəət əldə edib.
Banker.az-ın bankların rüblük maliyyə hesabatlarına əsasən tərtib etdiyi cədvələ istinadən sektor ilk rübdə 373 milyon manat xalis mənfəət əldə ediblər.
Bu da 2025-cü ilin müvafiq dövründəki 253 milyon manatla müqayisədə 120 milyon manat və ya 48% artımdır.
Xalis mənfəətin 309 milyon manatı və ya ümumi sektorun 83%-i TOP-5 bankın payına düşüb.
*İlk rübdə Bank BTB bank olmayan kredit ittifaqına çevrilərək onun portfeli digər banka ötürülüb.







