9 C
Baku
Friday, December 13, 2024

Bakıda çörək istehsalı müəssisəsinin fəaliyyəti dayandırılıb

Bakının Yasamal rayonu, 7-ci Sallaqxana küçəsi 7A ünvanında fəaliyyət göstərən, Cavadlı Cəfər Zabit oğluna məxsus çörək istehsalı müəssisəsində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Banker.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir ki, müəssisənin sanitar texniki və sanitar gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, temperatur rejiminin gözlənilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə tam təmin edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, həmçinin istehsal olunan çörəklərin üzərində məhsula dair markalanmanın mövcud olmadığı aşkar olunub.

AQTA-dan bildirilir ki, aşkar edilmiş nöqsanlarla bağlı müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub, müəssisədə istehsalın dayandırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər