Bakıda koronavirus infeksiyasının ən geniş yayıldığı ərazi məlum olub.
Banker.az xəbər verir ki, paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, bu rəqəm Binəqədidə 15% təşkil edir.
Sonrakı yerlərdə 13.1%-lə Xətai, 12.1%-lə Yasamal, 10.8%-lə Sabunçu, 8.2%-lə Nərimanov və Suraxanı, 7.8%-lə Nəsimi, 7%-lə Nizami, 6.9%-lə Xəzər, 5.2%-lə Qaradağ, 5.1%-lə Səbail, 0.5 % ilə Pirallahı qərarlaşıb.