6 C
Baku
Sunday, December 15, 2024

Bakıda COVID xəstələrinə yardım edən tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadılıb

Bakıda koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb.

Banker.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu qərarla Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulatory-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərarda dəyişiklik edilib.

9 mart 2022-ci il tarixli Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulatorpoliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin ödənilməsi müddəti martın 1-dək uzadılıb.

Son xəbərlər
Digər xəbərlər