14 C
Baku
Wednesday, April 17, 2024

Bakıda daha 74 yol kəsişməsinə sarı torlar “atılır”

Bakı Nəqliyyat Agentliyi (BNA) yaxın günlərdə paytaxtdakı 74 yol kəsişməsində sarı torların yaradılması ilə bağlı layihənin icrasına başlayacaq.

Banker.az xəbər verir ki, bu barədə Reporta qurumun Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

“Layihə çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərini əhatə edən 74 yol kəsişmədə yol hərəkətinin təşkili ilə bağlı nəqliyyat şəraiti yaxşılaşdılacaq. Yol hərəkətinin təşkili, nişanlanma ilə bağlı çatışmazlıqlar aradan qaldırılacaq. Eyni zamanda 74 kəsişmənin hər birində sarı kəsişmə toru nişanlanması tətbiq ediləcək. Bunun sayəsində Bakının mərkəzi küçə və prospektlərində nəqliyyat şəraitinin daha da yaxşılaşdırılmasına nail olunacaq, günün pik saatlarında sıxlıqların yaranmasının qarşısı alınacaq”, – deyə o qeyd edib.

Son xəbərlər
Digər xəbərlər