8 C
Baku
Sunday, November 17, 2024

Bakıda daha bir DOST mərkəzi açılacaq

Bakıda daha bir DOST mərkəzi açılacaq və bir sıra bölgələrdə də DOST mərkəzlərinin açılmasına hazırlıq işləri aparılır.

Banker.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bunu DOST Agentliyinin Müşahidə Şurasının iclasında şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Qeyd edək ki, 2019-cu ilin may ayından ölkəmizdə 5 DOST mərkəzi açılıb. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə DOST xidmətləri şəbəkəsi qurulacaq. Bu istiqamətdə ilk addım kimi, 2022-ci ilin may ayında Zəngilan rayonunun Ağalı kəndində ilk “SMART DOST” xidmət məntəqəsi açılıb.

 

Son xəbərlər
Digər xəbərlər