-1 C
Baku
Sunday, December 15, 2024

Bakıda daha bir neçə ünvanda Türkiyə üçün yardımların toplanmasına başlanılıb – SİYAHI

Türkiyədə baş verən güclü zəlzələdən zərərçəkənlərə yardım toplanmaq üçün Bakıda daha bir neçə ünvan ayrılıb.

Bu bardə ASAN Xidmət məlumat yayıb.

Yardımlar paytaxtın Ziya Bünyadov prospekti, Xarici dairəvi küçəsi 2038 məhəllədə (73 saylı tam orta məktəbin yanı) yerləşən “Azərsun Holdinq”in Satınalmalar Mərkəzi, Səməd Vurğun küçəsində Göy məscidin yaxınlığında, Salyan Şoesi 22 – Binə bazarının 14-cü sıra ilə üzbəüz yerləşən Aqro terminalda və Ağ şəhər – Yaşıl Ada nömrə 2 ünvanlarında toplanır.

Vətəndaşlar yardımları çatdırmaq üçün müvafiq olaraq aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Görkem Yelgin – 050 285 01 01

Muhemmed Emin Kalan – 050 736 71 00

Ferhat Çeğil – 055 604 36 96

Ramil Hümbətov – 050 567 75 77

Son xəbərlər
Digər xəbərlər