Bakıda dayanacaqların təmiri üçün yarım milyona yaxın vəsait ayrıldı

Bakı şəhərinin küçə və prospektlərində sərnişin avtobusları üçün quraşdırılmış dayanacaqların təmir və bərpası həyata keçiriləcək.

Banker.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bununla bağlı elan etdiyi tender müsabiqəsinə yekun vurub.

Tenderin qalibi “Madina Group” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib. Qalib şirkətlə AYNA arasında 419 531.18 AZN məbləğində satınalma müqaviləsi imzalanıb.

Müqavilə şərtlərinə əsasən, “Madina Group” MMC tərəfindən paytaxtın küçə və prospektlərində sərnişin avtobusları üçün quraşdırılmış dayanacaqların təmir və bərpası, həmçinin yararsız vəziyyətə düşən dayanacaqların sökülərək ərazidən kənarlaşdırılması xidmətləri yerinə yetiriləcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər