12 C
Baku
Wednesday, December 11, 2024

Bakıda “Ətçilər” kimi tanınan ərazi sökülür

Bakının Yasamal rayonu ərazisində fəaliyyət göstərən kafelər və ət dükanları sökülür.

Bildirilib ki, söküntü üçün əraziyə nümayəndələr gəlib, orada fəaliyyət göstərən kafe-kababxanaları sökməyə başlayıblar.

Qeyd edək ki, M.Xiyabani küçəsində fəaliyyət göstərən kafelər əsasən Füzuli və Cəbrayıl rayonundan olan məcburi köçkünlər tərəfindən inşa edilərək fəaliyyət göstərirdi.

Ərazi uzun illər idi ki, “Ətçilər” kimi tanınırdı.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər