20 C
Baku
Tuesday, May 28, 2024

Bakıda evdə fişəng və digər pirotexniki vasitələrin satışı aşkarlanıb – Fotolar

Bakı Baş Gömrük İdarəsinin Əməliyyat şöbəsinə ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən, mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən yaylım fişəngləri, pirotexniki və tezalışan vasitələrin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən yaşayış sahəsində saxlanılması və satışının təşkil olunması barədə əməliyyat məlumatı daxil olub.

Banker.az xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı açıqlamada deyilir.

Bildirilir ki, gömrükçülər tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ünvanda müxtəlif adda – 291 ədəd fişəng, 250 ədəd fitil, 440 ədəd fişənglərin hazırlanması üçün nəzərdə tutulan böyük və kiçik ölçülü karton boru, 245 ədəd yapışqan üzlük aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

fisəng1

fisəng2

fisəng3

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər