Bakıda, Gəncədə, Şirvanda, Sabirabadda və digər yerlərdə mənzil alındıqda nə qədər vergi ödənilməlidir?

0

Vergi Məcəlləsinin 218.4.3. mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər sadələşmiş vergi ödəyicisidirlər.

Fiziki şəxs kimi mülkiyyətinizdə olan və 5 ildən az müddətdə yaşayış yeri üzrə qeydiyyatda olduğunuz yaşayış sahəsini (mənzili) təqdim etdikdə həmin sahənin hər kvadratmetri üçün baza məbləği olan 15 manata, Nazirlər Kabinetinin Qərarı ilə müəyyən edilmiş zonalar üzrə Vergi Məcəlləsinin 220.8-ci maddəsində göstərilən əmsallar tətbiq etməklə hesablanan vergi alqı-satqı müqavilələrini təsdiq edən notariuslar tərəfindən tutulur.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Vergiyə cəlb edilən yaşayış sahələrinin (mənzilin) hər kvadratmetri üçün sadələşdirilmiş vergi 15 manat olmaqla aşağıda göstərilən qaydada hesablanır:

Misal – 1. Nicat Cəfərov adlı şəxsin Bakıda Zona 1-də ( Əl Oyunları Stadionundan başlayaraq, şimal-şərq istiqamətində Mikayıl Hüseynov prospekti üzrə “Azneft” meydanına qədər, “Azneft” meydanından Niyazi küçəsi üzrə İstiqlaliyyət küçəsi ilə kəsişənədək, İstiqlaliyyət küçəsi üzrə Hüsü Hacıyev küçəsi ilə kəsişənədək, Hüsü Hacıyev küçəsi üzrə Nizami küçəsi ilə kəsişənədək, Nizami küçəsi üzrə şərq istiqamətində Rixard Zorge küçəsi ilə kəsişənədək, Rixard Zorge küçəsi üzrə cənub istiqamətində küçənin dənizin sahil xətti ilə kəsişməsinədək, sahil xətti üzrə qərb istiqamətində Əl Oyunları Stadionunadək nəzərdə tutulub.) 60 kv/m evi var və burada da qeydiyyatdadır. N. Cəfərov bu evdə 4 il yaşadıqdan sonra satır. Bu halda notariusda alqı-satqı zaman ondan 60*15*4 =  3600 manat sadələşmiş vergi tutularaq vergiyə ödəniləcək. 

Misal – 2. Seymur  Qarayevin Bakıda 2 zonada (2-ci zona üzrə sərhədlər Hüsü Hacıyev küçəsinin Nizami küçəsi ilə kəsişməsindən başlayaraq, şimal istiqamətində Hüsü Hacıyev küçəsi üzrə Füzuli küçəsi ilə kəsişənədək, Füzuli küçəsi üzrə Rəşid Behbudov küçəsi ilə kəsişənədək, Rəşid Behbudov küçəsi üzrə şimal istiqamətində Süleyman Rəhimov küçəsi ilə kəsişənədək, Süleyman Rəhimov küçəsi üzrə şərq istiqamətində Xətai prospekti ilə kəsişənədək, bu kəsişmə yerindən metronun “28 May” stansiyası və Dəmir Yolu Vağzalı daxil olmaqla, Puşkin küçəsi üzrə Nizami küçəsi ilə kəsişənədək, Nizami küçəsi üzrə qərb istiqamətində küçənin Hüsü Hacıyev küçəsi ilə kəsişdiyi yerədəkdir.) 80 kv/m evi var və buradada qeydiyyatdadır.  4 ildən sonra evi satmağa qərara gəlir. Belə olan halda  80*15*3=  3600 manat vergi ödəyəcək. 

Misal – 3. Ümid Qarazadənin Bakıda 3 zonada (Şəhidlər Xiyabanından başlayaraq, şimal istiqamətində Mehdi Hüseyn küçəsi üzrə Nəriman Nərimanov prospektinədək, Nəriman Nərimanov prospekti üzrə İnşaatçılar prospekti ilə kəsişənədək, İnşaatçılar prospekti üzrə İzmir küçəsi ilə kəsişənədək, İzmir küçəsi üzrə Tbilisi prospekti ilə kəsişənədək, Tbilisi prospekti üzrə cənub istiqamətində Bakıxanov küçəsi ilə kəsişənədək, Bakıxanov küçəsi üzrə şərq istiqamətində Azadlıq prospekti ilə kəsişənədək, Azadlıq prospekti üzrə şimal istiqamətində akademik Həsən Əliyev küçəsi ilə kəsişənədək, akademik Həsən Əliyev küçəsi üzrə şərq istiqamətində Aşıq Molla küçəsi ilə kəsişənədək, Aşıq Molla küçəsi üzrə cənub istiqamətində Fətəli xan Xoyski prospekti ilə kəsişənədək, Fətəli xan Xoyski prospekti üzrə şərq istiqamətində Əhməd Rəcəbli küçəsi ilə kəsişənədək, Əhməd Rəcəbli küçəsi üzrə şimal istiqamətində Yusif Vəzir Çəmənzəminli küçəsi ilə kəsişənədək, Yusif Vəzir Çəmənzəminli küçəsi üzrə Ağa Nemətulla küçəsi ilə kəsişənədək, Ağa Nemətulla küçəsi üzrə cənub istiqamətində Heydər Əliyev prospekti ilə kəsişənədək, Heydər Əliyev prospekti üzrə qərb istiqamətində Babək prospekti ilə kəsişənədək, Babək prospekti üzrə şərq istiqamətində Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişənədək, Nəcəfqulu Rəfiyev küçəsi üzrə cənub istiqamətində Süleyman Vəzirov küçəsi ilə kəsişənədək, Süleyman Vəzirov küçəsi üzrə şərq istiqamətində Xaqani Rüstəmov küçəsi ilə kəsişənədək, Xaqani Rüstəmov küçəsi üzrə cənub istiqamətində Dənizkənarı küçəni kəsərək keçən düz xəttin dənizin sahil xətti ilə kəsişməsinədək, dənizin sahil xətti üzrə qərb istiqamətində Rixard Zorge küçəsi ilə kəsişənədək, Rixard Zorge küçəsi üzrə şimal istiqamətində Nizami küçəsi ilə kəsişənədək, Nizami küçəsi üzrə qərb istiqamətində Puşkin küçəsi ilə kəsişənədək, Puşkin küçəsi üzrə şimal istiqamətində Dəmir Yolu Vağzalının şərq tərəfindən keçərək Süleyman Rəhimov küçəsi ilə kəsişənədək, Süleyman Rəhimov küçəsi üzrə qərb istiqamətində Rəşid Behbudov küçəsi ilə kəsişənədək, Rəşid Behbudov küçəsi üzrə cənub istiqamətində Füzuli küçəsi ilə kəsişənədək, Füzuli küçəsi üzrə qərb istiqamətində Hüsü Hacıyev küçəsi ilə kəsişənədək, Hüsü Hacıyev küçəsi üzrə cənub istiqamətində İstiqlaliyyət küçəsi ilə kəsişənədək, İstiqlaliyyət küçəsi üzrə qərb istiqamətində Niyazi küçəsi ilə kəsişənədək, Niyazi küçəsi üzrə cənub istiqamətində Mikayıl Hüseynov prospekti ilə kəsişənədək, Mikayıl Hüseynov prospekti üzrə qərb istiqamətində Əl Oyunları stadionunadək, Əl Oyunları stadionundan Gülüstan sarayının yanından keçən xətlə Şəhidlər Xiyabanınadək əhatə edir) 80 kv/m evi var və buradada qeydiyyatdadır.  4 ildən sonra evi satmağa qərara gəlir. Belə olan halda  80*15*2,2=  2640 manat vergi ödəyəcək. 

Misal – 4. Fuad Şahbazovun Bakıda 4 zonada (Şəhidlər Xiyabanından başlayaraq, Azərbaycan Respublikasının Milli Məclisi və hərbi hissənin stadionu daxil olmaqla, şimal istiqamətində Yasamal rayonunun inzibati sərhədi üzrə Mətbuat prospekti ilə kəsişənədək, Mətbuat və Həsən bəy Zərdabi prospektləri üzrə şimal istiqamətində Akim Abbasov küçəsi ilə kəsişənədək, Akim Abbasov küçəsi üzrə şərq istiqamətində Azad Mirzəyev küçəsi ilə kəsişənədək, Azad Mirzəyev küçəsi üzrə cənub istiqamətində İnşaatçılar və Nəriman Nərimanov prospektləri kəsişənədək, Nəriman Nərimanov prospekti üzrə cənub istiqamətində Mehdi Hüseyn küçəsi ilə kəsişənədək, Mehdi Hüseyn küçəsi üzrə cənub istiqamətində Şəhidlər Xiyabanınadək) 200 kv/m evi var və buradada qeydiyyatdadır.  4 ildən sonra evi satmağa qərara gəlir. Belə olan halda o 200*15*2,2=  6600 manat vergi ödəyəcək. 

Zonalar və kalkulyator haqqda burada http://www.taxes.gov.az/modul.php?name=sadeleshmish&cat=5

Misal – 5 Emin Quliyevin  Gəncədə 3 otaqlı 65 kv/m  evi var. 3 ildi orada qeydiyyatdadır . 3 ildən sonra onu satır. 65*15*1,5 = 1462,50 

Sumqayıt və Xırdalanda da eyni 1.5 əmsalına vurulacaq

Misal – 6 Saleh Məmmədovun  Şirvanda  3 otaqlı 90 kv/m  evi var. 3 ildi orada qeydiyyatdadır. 3 ildən sonra onu satır. 90*15*1,2 = 1620,00

Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan eyni əmsala 1.2 vurulacaq.

Misal – 7. Seymur Zeynalovun Sabirabad rayonunda 50 kv/m evi var və buradada qeydiyyatdadır.  4 ildən sonra evi satmağa qərara gəlir. Belə olan halda 50*15*0.5 = 375 manat vergi ödəyəcək. 

Digər rayon və şəhərlərdə  də 0.5 vurulacaq.

P.S. 5 ildən artıq müddətdə qeydiyyatda olduğu mənzili, mənzil sahibi  satarsa vergi ödəməyəcək.

MTK-dan alınan mənzillər bura aid deyil.

İqtisadçı-ekspert Rauf Qarayev