8 C
Baku
Tuesday, March 19, 2024

Bakıda icazəsiz 16 mərtəbəli binanın tikintisinin qarşısı alınıb

övlət Şəhərsalma və Arxitektura Komitəsinə Bakının 4-cü mikrorayonunun sakinlərindən yaşadıqları binanın həyətində 16 mərtəbəli binanın qeyri-qanuni tikintisinin başlanması ilə bağlı müraciət daxil olub.

Bu barədə Banker.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

Müraciətə əsasən, qurumun mütəxəssisləri əraziyə baxış keçilərək müəyyən edib ki, Bakı şəhəri, Nəsimi rayonu, 3231-ci məhəllə, Hüseyn Seyidzadə küçəsində yerləşən 2, 3A, 4 və 5A nömrəli 5 mərtəbəli yaşayış binalarının əhatə etdiyi ərazidə “Komfort Plaza” MMC tərəfindən 16 mərtəbəli yaşayış binasının tikintisinə hazırlıq işlərinə başlanılıb.

Aparılmış araşdırma nəticəsində məlum olub ki, Bakı şəhər İcra Hakimiyyəti sözügedən ünvanda yaşayış binasının layihələndirilməsi üçün 0,08 hektar torpaq sahəsi ayırsa da, tikintiyə icazə proseduru başa çatdırılmayıb və tikintiyə icazə verilməyib. Bununla yanaşı, “Komfort Plaza” MMC-nin əməkdaşlarının Komitənin mütəxəssislərinə yerində təqdim olunmuş ərazi planlaşdırma sənədlərinin müvafiq şəhərsalma qanunvericiliyinə zidd tərtib olunduğu müəyyənləşdirilib. Belə ki, ərazidə yerləşdirilməsi nəzərdə tutulan 16 mərtəbəli yaşayış binası miqyasına görə mövcud 5 mərtəbəli yaşayış binalarına uyğun deyil, habelə binada mənzillərin sayına uyğun avtomobillərin parklanma yerlərinin, ərazidə uşaq oyunları, yaşlıların istirahəti üçün meydançaların, təsərrüfat məqsədli sahələrin nəzərdə tutulması ilə bağlı və digər tələblərə riayət olunmayıb.

Ölkə prezidentinin 24 noyabr 2014-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçrilməsi Qaydaları”nın 5.1.2-ci bəndini rəhbər tutaraq, Komitə Nəsimi rayonu, 3231-ci məhəllə, Hüseyn Seyidzadə küçəsində yerləşən 2 nömrəli binanın qarşısında çoxmənzilli yaşayış binasının tikintisinə icazə verilməsindən imtina edilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə icrası məcburi olan “Göstəriş” göndərib. Eyni zamanda, həmin ünvanda tikinti məqsədləri üçün aparılan hazırlıq işlərinin dayandırılması məqsədi ilə məsələ ilə bağlı məlumat Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə də göndərilib.

Son xəbərlər
Digər xəbərlər