8 C
Baku
Wednesday, October 30, 2024

Bakıda iki şadlıq evində nöqsanlar aşkarlandı

7 iyul tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 11 ticarət müəssisəsi və 9 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 11 müəssisədə nöqsanlar müəyyən olunub.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 2, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 9, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 4, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 2 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Monitorinq nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

 

Sahibkarlıq subyekti Ünvan Aşkar olunan nöqsanlar
Ticarət obyektləri
1 “Ailə” market Ağsu şəhəri, M.V.Vidadi küçəsi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması                                                       2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2 “Adil” market Ağsu şəhəri, M.V.Vidadi küçəsi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması                                                       2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
İctimai iaşə müəssisələri
3 “Röya” şadlıq evi Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsi, ev 3 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq
4 “Azəri” şadlıq evi Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsi, ev 3 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
5 “Sürücü” kafesi Ağsu şəhəri, M.V.Vidadi küçəsi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
6 “Vəlxan” kafesi Ağsu şəhəri, M.V.Vidadi küçəsi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
7 “Üç Oğlan” çay evi Ağsu şəhəri, M.V.Vidadi küçəsi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
8 “Gözəl Ağsu” şadlıq evi Ağsu şəhəri, M.V.Vidadi küçəsi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
9 “Kristal” kafesi Gəncə şəhəri, C.Cabbarlı küçəsi, ev 13 Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
10 “Samovar” kafesi Goranboy rayonu, C.Cabbarlı küçəsi, ev 47 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
3.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq
11 “Kəhriz” kafesi Goranboy rayonu, Səfikürd kəndi Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
Son xəbərlər
Digər xəbərlər