15 C
Baku
Friday, April 26, 2024

Bakıda kafe və restoranlar cərimələndi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2022-ci il yanvarın 5-də ölkə üzrə 396 ictimai iaşə obyektində 689 monitorinq keçirib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail ‎rayonu, Badamdar ŞTQ, Ə. Nəzərov küçəsi, ev 2, m. 8 ünvanında yerləşən, fiziki şəxs Cavadov Fərhad Natiq oğluna məxsus dönər evi;

2. Bakı şəhəri, Nizami ‎rayonu, Tofiq Abbasov küçəsi, ev 4 ünvanında yerləşən, fiziki şəxs Mikayılov Vüqar Xamis oğluna məxsus çay evi;

3. Bakı şəhəri, Səbail ‎rayonu, Bülbül prospekti 14/70 ünvanında yerləşən, fiziki şəxs Nadirov Azər Habil oğluna məxsus “Yemen” restoranı;

4. Bakı şəhəri, Binəqədi ‎rayonu, Ə. Naxçıvani küçəsi, ev 7C ünvanında yerləşən, fiziki şəxs İsayev Cavad İldırım oğluna məxsus “Secrets Pub” restoranı;

5. Bakı şəhəri, Sabunçu‎ rayonu, Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən, fiziki şəxs Rəhimov Yunis Adəm oğluna məxsus kafe;

6. Bakı şəhəri, Nərimanov ‎rayonu, Həsənoğlu küçəsi 15A ünvanında yerləşən, fiziki şəxs “Reges Hotels” MMC-yə məxsus “Divan Express” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər