21 C
Baku
Monday, April 29, 2024

Bakıda keçiriləcək Beynəlxalq MBA tədbiri

Tədbirin təşkilatçısı “Advent Group” şirkəti “Access MBA Tour” – aparıcı beynəlxalq təhsil sərgisinin 12 mart 2015-ci il tarixində Bakı şəhərində yerləşən “Hyatt Regency” otelində keçiriləcəyi haqqında bu gün məlumat vermişdir.

“Access MBA” namizədlər və məktəb nümayəndələri arasında xüsusi fərdi görüşlər keçirməklə təhsil almaq arzusunda olan tələbələr və elit biznes məktəbləri arasında körpü rolunu oynayır” – deyə “Advent Group”-un icraçı direktoru Kristof Kutat bildirdi.

Fərdi görüşlər perspektivli tələbələrin qabiliyyət və gözləntilərinə uyğun olan başlıca biznes proqramının axtarışı üzrə yardım etmək üçün nəzərdə tutulmuşdur. Müsahibələr hər bir iştirakçı üçün xüsusi olaraq öncədən hazırlanmışdır və ixtisas sahibi olan iştirakçılar MBA proqramı üzrə təhsil almaq imkanlarını birbaşa olaraq qəbul direktorları ilə müzakirə etmək üçün 25 dəqiqə vaxt ayrılıb. Görüşlərə qatılmaq üçün namizədlər onların ixtisas və arzularının nəzərə alındığı seçim və uyğunluq mərhələsindən keçirlər.

Tədbir Avropa və Şimali Amerika, eləcə də geniş Avrasiya regionundan olan biznes məktəbləri əsasında təşkil edilmişdir. Namizədlərin “İnsead Biznes Məktəbi”, “İE Biznes Məktəbi”, “Mançester Biznes Məktəbi” kimi təhsil mərkəzlərinin nümayəndələri ilə görüşü nəzərdə tutulmuşdur. Bütövlükdə isə bu il “Access MBA Tour”-da 125 məktəb iştirak edəcək.

Cari tədbir “Access MBA’s Spring Tour”-un bir hissəsidir və yalnız bu mövsüm ərzində dünya üzrə 34 şəhərdə keçiriləcək. Tədbirdə Bakı və  ölkənin digər bölgələrində yaşayan xüsusi seçilmiş 200 nəfərin iştirakı gözlənilir.

Tədbir 16:30-da başlayır və 22:00-a qədər davam edir. Qəbul direktorları ilə fərdi görüşlərdən əlavə, namizədlər MBA hazırlığı üzrə Access MBA məsləhətçi komandasından məsləhət və dəstək əldə etmək imkanı; GMAT və təqaüd almaq haqqında məlumat; MBA qəbul prosesinə nəzər yetirmək və məktəb nümayəndələri və məzunları ilə xüsusi Panel Müzakirələrdə iştirak etmək imkanı əldə edəcəklər.

Yüksək tələbata malik Biznes İdarəçiliyi üzrə Magistr dərəcəsi idarəetmə rolu üzrə biznes peşəkarları hazırlayır. ABŞ-da MBA dərəcəsi üzrə məlumatların ictimaiyyətə çatdırılmasını həyata keçirən Tələbələrin Qəbulu Şurası 2014-cü il üzrə İşəgötürən şəxslərin korporativ araşdırması hesabatında beş şirkətdən dördünün (80%) MBA tələbələrinin işə götürülməsini planlaşdırdığını qeyd etmişdir. Avropada bakalavr dərəcəsi alan şəxslər 35.000 avro məvacib aldığı halda, MBA dərəcəsinə malik olan şəxslər 59.000 avro məvacib alır. ABŞ-da bu iki dərəcəyə malik şəxslərin məvacibləri arasında olan fərq daha böyükdür: Bakalavr dərəcəsinə malik şəxslər 50.000 ABŞ dolları məvacib aldığı halda MBA dərəcəsinə malik olan şəxslər 95.000 ABŞ dolları alırlar. Hesabata əsasən “Asiya-Sakit okean ölkələrində işəgötürənlərin əksəriyyəti (62%) 2013-cü il ilə müqayisədə MBA dərəcəsi alan şəxslərin məvaciblərini inflyasiya dərəcəsi (31%) və ya ondan yuxarı səviyyəyə (31%) qaldırmağı planlaşdırırlar”.

Qeydiyyat haqqında

Fərdi müsahibədə iştirak etmək üçün namizədlər öncədən http://www.accessmba.com/baku/index.html səhifəsində onlayn qeydiyyatdan keçməlidirlər. Qeydiyyat pulsuzdur, lakin Access MBA-nın Namizədlərin idarə edilməsi qrupunun səlahiyyətində olan fərdi görüşdə iştirak etmək imkanına zəmanət verilmir.

Advent Qrup haqqında

2004-cü ildə təsis edilmiş Advent Qrup dünyada 90 ali təhsil müəssisəsi üzrə tədbirlərdə hər il 35000 namizədi 170 ali biznes məktəbləri ilə əlaqələndirir. Fərdi  MBA tədbirləri üzrə dünya lideri hesab edilən Advent Qrupun vəzifəsi mətbuat vasitəsilə biznes məktəbləri barədə maarifləndirilmənin artırılması, eləcə də potensial müraciət edən şəxsləri düzgün məktəb və qəbul xidmətlərinə yönəltməkdir.

Daha ətraflı məlumat üçün

“Access MBA” rəsmi internet səhifəsi: http://www.accessmba.com/

“Access Masters” rəsmi internet səhifəsi: http://www.accessmasterstour.com/

Advent Qrup rəsmi internet səhifəsi: http://advent-group.net/

Son xəbərlər
 ⁠
Digər xəbərlər