14 C
Baku
Saturday, April 27, 2024

Bakıda Koreya modelində tikilən peşə təhsil mərkəzinin kapitalı 31,8 mln. manat olacaq

“Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” Publik Hüquqi Şəxsi statusunu aldıqdan sonra ilk dəfə nizamnamə kapitalının həcmi açıqlanıb.

Banker.az-a dövlət mənbələrindən aldığı məlumata əsasən, ötən ay dövlət qeydiyyatına alınan peşə təhsil mərkəzinin nizamnamə kapitalı 31,8 mln. manat olacaq.

“Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi”nin hazırda rəhbəri 35 yaşlı Xanlarov Rəşad Tərlan oğludur.

Təhsil Nazirliyi və Koreya Respublikasının “KT Konsorsium” şirkəti arasında imzalanan saziş əsasında 2016-cı ildə yaradılan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi beynəlxalq təhsil standartlarına əsaslanan, qlobal sənaye ehtiyaclarına hazır rəqabətqabiliyyətli kadrlar hazırlığını həyata keçirən peşə təhsili müəssisəsidir.

Mərkəzdə sənaye qurumlarında istehsal proseslərini təşkil edən və innovativ texnologiyalarla işləmək bacarığına malik olan mütəxəssislərin hazırlanması nəzərdə tutulur. Mərkəz Koreya Respublikasının peşə təhsili modeli əsasında qurulub. 

Mərkəzdə nəzəri və praktiki bacarıqların formalaşdırılması üçün bütün şərait yaradılıb. Burada təhsil alanlara avtomobilə texniki xidmət göstərməkdən tutmuş İKT-nin yenilikləri əsasında formalaşan modellər öyrədiləcək. Ən müasir maddi-texniki baza ilə təchiz edilən mərkəz 8 fərqli ixtisas üzrə 1 illik proqramlarda təhsil almaq imkanını nəzərdə tutur.

cb26edcc 8c72 4582 9fad a52c63ead90c
İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

Tədris prosesi tam yeni formatda Koreyada təlim keçmiş ixtisaslı mütəxəssislər tərəfindən təşkil olunacaq. Bu ixtisaslar üzrə təhsilini başa vuran tələbələr üçün davamlı təhsil və geniş iş imkanları yaradılacaq. Onlar öz ixtisaslarını praktiki şəkildə reallaşdırmaq bacarıqları və vərdişlərinə yiyələnəcəklər. Səkkiz texniki ixtisasla yanaşı, Mərkəzdə qısamüddətli ixtisasartırma kursları da təşkil olunacaq. Həmçinin tələbələr beynəlxalq sertifikatlı kurslarda iştirak edə biləcəklər.

Hazırda bu ixtisaslar tədris olunur:

  • Veb-dizayner
  • Avtomobil üzrə elektrik
  • Avtomobillərin təmiri çilingəri
  • Avtomotonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlayıcısı
  • Kompüterlərin təmiri və xidməti üzrə texnik

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər