3 C
Baku
Saturday, December 14, 2024

Bakıda kriptovalyutaların mayninqi mərkəzi yaradılacaq

Yüksək Texnologiyalar Parkının (YTP) nəzdində kriptovalyutaların mayninqi mərkəzi yaradılacaq. Bunu  YTP-nin rəhbəri Tural Kərimli deyib.

Onun sözlərinə görə, bu layihə ilə bağlı xarici investorlara danışıqlar aparılır.

“Yaponiya investorları Azərbaycanda böyük mayninq mərkəzinin tikintisini bizimlə həyata keçirmək niyyətindədirlər. Mayninq mərkəzinin Pirallahıda YTP-yə ayrılan ərazidə tikilməsi nəzərdə tutulur. Hazırda bu layihənin iqtisadi əsaslandırılması üzrə işlər aparılır”, – deyə T. Kərimli qeyd edib.

YTP-nin rəhbəri onu da bildirib ki, yerli və xarici sahibkarlar tərəfindən Texnoparkın Pirallahıdakı ərazisində istehsalat və tədqiqat müəssisələrinin tikintisini ilə bağlı müraciətlər daxil olub.

“Hazırda biz bu müraciətləri dəyərləndiririk. Qərar verildikdə onlar tikinti işlərinə başlayacaqlar”, – deyə T. Kərimli qeyd edib.

©Ona.az

Son xəbərlər
Digər xəbərlər