8 C
Baku
Thursday, December 12, 2024

Bakıda küçələrin işıqlandırılması bahalaşıb – 3 milyon manatlıq müqavilə

Bakı Şəhər İşığı Elektrik Şəbəkə Müəssisəsi “Reliable Oil Services” MMC ilə 3 milyon manatlıq müqavilə bağlayıb. Ötən ilə nisbətən paytaxtda küçə işıqlandırmasının dəstəklənməsi 13% artıb.

Banker.az xəbər verir ki, müqavilədə işıqlandırma üçün lazımi mal-materialların satınalınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 3.097.940 manatdır.

Bildirək ki, ötən il “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi “İşıqlandırma üçün lazımı mal-materialların satınalınması” üzrə elan etdiyi tenderini “İnterkabel” firması udmuşdur və şirkətə 2 750 030 manat ödənilmişdir.

2021-ci ildə həmin şirkətə 2 998 894 manat, 2020-ci ildə isə 2 993 558  manat ödənilib.

Onu da qeyd edək ki, “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi 1952-ci ildən bu günə fəaliyyət göstərir. Müəssisənin əsas fəaliyyət profili Bakı şəhəri üzrə küçə və prospektlərin, park və xiyabanların eləcədə bina fasadlarının işıqlanmasını təmin etməkdən ibarətdir.

Son xəbərlər
Digər xəbərlər