15 C
Baku
Friday, April 26, 2024

Bakıda külək də var, yağış da, amma hələlik “ifrat təhlükəli” deyil

Bu dəqiqələrdə Bakıda küləklə müşaiyət olunan yağış yağmaqdadır. Amma küləyin sürəti proqnozlaşdırıldığı kimi “ifrat təhlükəli” həddə deyil, yəni söhbət Bakı və Abşeron yarımadası üçün payız-qış aylarında xarakterik olan adi hava şəraitindən gedir.

Bununla belə şəhərin küçələrində nəqliyyat xeyli azalıb, insanlar da az gözə dəyir. Görünür “ifrat təhlükəli” hava ilə bağlı xəbərdarlıqlardan sonra şəhər sakinləri mümkün olduqca evdən çölə çıxmamağa çalışır.

Saat 09:00-a olan məlumata əsasən, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir 30-35 m/saniyədək şiddətlənib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahın operativ məlumatında deyilir.

Dalğanın hündürlüyü Günəşli yatağında 4,8 metrə çatıb. Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4-5 dərəcə isti təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin əvvəlcədən proqnozlaşdırıldığı kimi bütün ölkə boyu kəskin pisləşdiyini bildirir. Dağlıq və dağətəyi rayonlara çovğunla müşaiyət olunan qar yağacağı gözlənilir. Bakıda isə səhər saatlarından başlayan yağış getdikcə güclənməkdədir, gün ərzində yağışın sulu qara keçəcəyi gözlənilir. Hava şəraitinin paytaxt və Abşeron yarımadasında kəskin pisləşməsinə baxmayaraq şaxta proqnozlaşdırılmır, temperaturun sıfra yaxın olacağı bildirilir.

Hələlik Bakıda və digər bölgələrdə kəskin hava şəraitinin fəsadları barədə məlumatlar daxil olmayıb. Xatırladaq ki, SOCAR Xəzərdəki platformalardan 2500-ə qədər neftçini təxliyə edib. Tədris müəssisələrində dərslər dayandırılıb, ali və orta ixtisas məktəblərində qış imtahanları təxirə salınıb.

©virtualaz.org

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər