2025-ci ildə Bakı şəhəri üzrə mənzil bazarında 25 031 əqd rəsmiləşdirilib, əqdlərin ümumi maliyyə həcmi isə 4 milyard 162 milyon manatı ötüb. Paytaxt üzrə mənzillərin orta qiyməti 166 266 AZN, 1 kvadratmetrin orta qiyməti isə 2 482 AZN təşkil edib.
Banker.az bu barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin təhlilinə istinadən xəbər verir.
Ən baha və ən ucuz rayonlar:
-
Mənzilin orta qiymətinə görə: Ən yüksək qiymətlər Səbail (222 159 AZN), Nərimanov (212 307 AZN) və Nəsimi (210 469 AZN) rayonlarında qeydə alınıb. Ən aşağı orta qiymət isə Pirallahı (51 524 AZN), Xəzər (81 075 AZN) və Qaradağ (81 587 AZN) rayonlarındadır.
-
1 kv.m-in qiymətinə görə: Kvadratmetri ən baha olan rayon Nəsimi (2 960 AZN) olub. Onu Nərimanov (2 878 AZN), Səbail (2 862 AZN) və Yasamal (2 641 AZN) izləyir. Ən ucuz kvadratmetr qiyməti isə Pirallahı (1 023 AZN), Qaradağ (1 405 AZN) və Xəzər (1 414 AZN) rayonlarındadır.
Ən aşağı fəallıq isə Pirallahı (85 əqd), Xəzər (283 əqd) və Qaradağ (669 əqd) rayonlarında müşahidə olunub.







