9 C
Baku
Friday, December 13, 2024

Bakıda mərakeşli ev qarət etdi və “selfi”-sini xatirə olaraq qoyub getdi

Sabunçu rayonunda qeyri-adi qarət hadisəsi baş verib. Maştağa qəsəbə sakini Sabunçu rayonunun 14-cü polis bölməsinə müraciət edəərk mərakeşli bir şəxsdən şikayətçi olduğunu bildirib.

Belə məlum olur ki, qarətin qurbanı olmuş şəxs iki mebel şirkətinin 1960-cı il təvəllüdlü sahibi Namiq Əliyevdir. O bildirmişdir ki, 20 noyabrdan 21 noyabra, səhər saat 9 radələrinə qədər Mərakeş vətəndaşı olan Cerri Ceni onun şəhər ətrafı qəsəbədə yerləşən evində gecələmişdir.

Lakin 21 noyabrda əcnəbi vətəndaş və biznesmenin içərisində 49 600 manat olan seyfi də yoxa çıxmışdır. Hələ ki, hüquq-mühafizə orqanlarında axtarışda olan mərakeşli barədə heç bir məlumat yoxdur. Ondan geri qalan isə Namiq Əliyev ilə çəkdirdiyi selfidir. Zərərçəkmişin sözlərinə görə, o mərakeşli ilə mebel satışının perspektivlərini müzakirə edərkən internet vasitəsilə tanış olmuşdur.

Əməliyyatçılar əmindirlər ki, Cerri Ceni əcnəbinin əsl adı deyildir, çünki şəxsiyyət  vəsiqəsi yoxlanışları bir nəticə verməyib.

Son xəbərlər
Digər xəbərlər